Rusiya pilotsuz təyyarəsi Ukraynanın Odessa vilayətindəki günəş stansiyasını vurub

REGİON

image

Ukraynanın cənub-qərbindəki Odessa vilayətində yerləşən günəş elektrik stansiyası Rusiya pilotsuz təyyarələri tərəfindən vurulub.

Odessa Regional Hərbi Administrasiyasının yaydığı məlumatda bildirilir ki, noyabrın 15-dən 16-na keçən gecə baş verən hadisə günəş elektrik stansiyasının zədələnməsinə səbəb olub.

Yerli mətbuatın məlumatına görə, hadisənin bir neçə rayonda elektrik enerjisinin kəsilməsinə səbəb olub və həyati əhəmiyyətli obyektlər və digər kritik infrastruktur da daxil olmaqla əsas xidmətlər ehtiyat enerji mənbələrinə keçib.

Ukraynanın keçmiş energetika naziri Svitlana Qrinçuk bu hücumu müharibə başlayandan bəri enerji obyektlərinə edilən ən böyük raket hücumlarından biri adlandırıb. Həmin axşam Kiyev, Poltava və Xarkov bölgələrində də enerji infrastrukturları hədəfə alınıb.

Hadisə Ukraynanın böyük hissəsini geniş şəkildə elektrik enerjisinin kəsilməsi ilə üz-üzə qoyub, bəzi ərazilərdə təmir işləri davam edərkən gündə 16 saata qədər fasilələrlə üzləşib.

Energetika Nazirliyinin dərc etdiyi son yeniləmədə deyilir ki, Xarkov, Sumı, Çerniqov, Odessa və Donetsk bölgələrində zədələnmiş enerji infrastrukturu obyektlərində təmir və bərpa işləri aparılır. 

Renewables.az


OXŞAR XƏBƏRLƏR