Sabah Buxarestdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin 8-ci iclası keçiriləcək

AZƏRBAYCAN YAŞIL ENERJİ DƏHLİZİ

2 sentyabr 2024 17:00 (UTC+4)
image

Energetika naziri Pərviz Şahbazov Rumıniyalı həmkarı Sebastian-İoan Burdujanın dəvəti ilə bu ölkəyə səfər edib.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Nazir və rəhbərlik etdiyi nümayəndə heyəti 3 sentyabr tarixində paytaxt Buxarest şəhərində keçiriləcək “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 8-ci iclasında iştirak edəcək.

Xatırladaq ki, “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 7-ci iclası Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib.

OXŞAR XƏBƏRLƏR