Sankt-Peterburqda keçirilməli olan Dünya Enerji Konqresi ləğv edilib
DÜNYA
-
15.04.2022 23:02 (UTC+04:00)
2022-ci ilin oktyabrın 24-27-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli olan Dünya Enerji Konqresi ləğv edilib.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə TASS agentliyi Dünya Enerji Şurasına istinadla məlumat yayıb.
“Biz Sankt-Peterburqdakı konqresin ləğv edildiyini təsdiqləyə bilərik. Bu il Dünya Enerji Konqresi keçirilməyəcək”, - deyə təşkilatdan bildiriblər.
Konqresin ləğv edilməsinin səbəbi açıqlanmayıb. Tədbirin saytı da artıq əlçatan deyil.