"SOCAR Green" vakansiyalar elan edib

AZƏRBAYCAN

image

"SOCAR Green" günəş və külək enerjisi sahəsində mütəxəssis və enerji idarəetməsi və optimallaşdırma üzrə mütəxəssis vəzifələri üzrə vakansiya elan edib.

Məlumata görə, günəş və külək enerjisi sahəsində mütəxəssis vəzifəsi şirkətin Texnologiya və İnnovasiya Departamentində, günəş və külək enerjisi üzrə baş mütəxəssisin nəzarəti altında fəaliyyət göstərəcək. Namizəd texniki qiymətləndirmələr, mühəndislik təhlilləri, layihələrin inkişaf mərhələləri və icra prosesində dəstək funksiyalarını yerinə yetirəcək.

Enerji idarəetməsi və optimallaşdırma üzrə mütəxəssis sənaye, kommersiya və institusional obyektlərdə enerji səmərəliliyinin artırılması və optimallaşdırma təşəbbüslərinin müəyyən edilməsi, qiymətləndirilməsi və inkişaf etdirilməsi prosesinə dəstək verəcək.

Müraciət etmək istəyən namizədlər CV-lərini hr@socar-green.az e-poçtuna göndərə bilərlər.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR