SOCAR Green Türkiyə ilə geotermal enerji sahəsində yeni imkanları araşdırır

AZƏRBAYCAN
GEOTERMAL

image

3–5 noyabr tarixlərində "SOCAR Green" şirkətinin Baş direktoru Elmir Musayev və geotermal enerji və CCUS üzrə ekspert Novruz Adıgözəlov geotermal enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni imkanların araşdırılması məqsədilə Türkiyədə səfərdə olublar.

Şirkətin məlumatına görə, səfər "Tethys Trans-Eurasian Gateway" ilə əməkdaşlıq çərçivəsində təşkil olunub və "ZORLU Energy", "MOĞAN Energy Investment Holding" (GÜRİŞ Holding) kimi Türkiyənin aparıcı enerji şirkətləri, eləcə də İstanbul Texniki Universitetinin nümayəndələri ilə görüşləri əhatə edib.

Səfər müddətində tərəflər bərpa olunan və geotermal enerji sahəsində yeniliklərlə bağlı fikir mübadiləsi aparıb, təcrübə və biliklərini bölüşüblər, həmçinin gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. "SOCAR Green" nümayəndələri fəaliyyət göstərən geotermal sahələrə baş çəkərək texnoloji prosesləri və monitorinq sistemlərinin işini yerində izləyiblər.
Görüşlər zamanı cənab Musayev "SOCAR Green" şirkətinin mövcud və planlaşdırılan bərpa olunan enerji layihələri barədə məlumat verib, Azərbaycanda geotermal enerjinin inkişaf potensialını vurğulayıb.

"SOCAR Green" bütün tərəfdaşlara və ev sahiblərinə göstərdikləri qonaqpərvərlik, faydalı müzakirələr və Azərbaycan ilə Türkiyə arasında dayanıqlı enerji əməkdaşlığının inkişafına verdikləri töhfəyə görə səmimi təşəkkürünü bildirir.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR