Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Green" MMC ilə "Milla Dairy" MMC arasında damüstü günəş elektrik stansiyası layihəsi üzrə icra müqaviləsi imzalanıb.
Renewables.az xəbər verir ki, bu barədə "SOCAR Green" məlumat yayıb.
Məlumata görə, layihə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, "Milla Dairy"nin enerji tələbatının bir hissəsinin "yaşıl enerji" hesabına qarşılanmasına, eləcə də karbon emissiyalarının azaldılmasına töhfə verəcək.
