SOCAR Green və Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında davamlı inkişaf, yaşıl texnologiyalar və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsinə dair niyyət protokolu imzalanıb.
Renewables.az-ın məlumatına görə, tərəfdaşlıq Azərbaycanda tədqiqatların təşviqi, bərpa olunan enerji sahəsində təşəbbüslərin dəstəklənməsi və ekoloji cəhətdən məsuliyyətli texnoloji inkişafa töhfə verilməsi ilə yanaşı, “SABAH.city” layihəsi çərçivəsində Yaşıl Enerji üzrə Tədqiqat və İnkişaf Laboratoriyasının yaradılmasını da nəzərdə tutur.
Bu əməkdaşlıq, SOCAR Green-nin Azərbaycanda həyata keçirdiyi bərpa olunan enerji təşəbbüslərinin inkişafına dəstək olmaqla yanaşı, “SABAH.city”nin texnologiya və innovasiya sahəsindəki inkişaf missiyasını daha da gücləndirəcək.