Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın enerji şirkəti olan "Eni" arasında bioyanacaq istehsalı müzakirə edilib. Bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" hesabında məlumat verib.
"Eni"nin baş direktoru Klaudio Deskaltsi ilə məhsuldar görüş keçirdik, tərəfdaşlığımızın möhkəmliyini və strateji enerji təşəbbüslərinin irəlilədilməsinə dair ümumi öhdəliyimizi təsdiqlədik. Görüş zamanı SOCAR və "Eni" arasında imzalanmış anlaşma memorandumlarından irəli gələn potensial layihələr müzakirə olunub. Bundan əlavə, görüşdə enerji təhlükəsizliyinə, tullantıların azaldılmasına və bioyanacağın istehsalına diqqət yetirilib. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, istixana qazı emissiyalarının azaldılması, həmçinin Azərbaycanda və daha geniş regionda bərpa olunan enerji sahəsinin inkişafı üçün mühüm addımdır. Təcrübə və səriştələrimizi birləşdirərək müasir enerji çağırışlarına cavab verməyə, həmçinin daha dayanıqlı, etibarlı və enerji baxımından təhlükəsiz gələcək formalaşdırmağa çalışırıq", - postda qeyd olunub.
Xatırladaq ki, tərəflər bioyanacaq istehsalı zənciri sahəsində əməkdaşlıq edirlər.
As part of the #WorldEconomicForum2026, we had a productive meeting with Claudio Descalzi, CEO of Eni, reaffirming our strong partnership and shared commitment to advancing strategic #energy initiatives. During the meeting, we discussed the potential projects arising from the…
— Rovshan Najaf (@RovshanNajaf) January 20, 2026
