Türkiyədə 24 MVt gücündə geotermal enerji stansiyası tikiləcək

REGİON GEOTERMAL

17 may 2023 09:53 (UTC+4)
image

Türkiyənin Aydın bölgəsində 24 MVt gücündə geotermal enerji stansiyası inşa ediləcək.

Renewables.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, stansiya yerli "HEZ Enerji" şirkəti tərəfindən inşa ediləcək.

"Hez Moralı JES-1" adlanacaq stansiyanın quruluşu həmçinin texnologiya və mühəndislik məsələləri ilə bağlı İtaliyanın "Exergy" şirkəti ilə anlaşma müqaviləsi imzalanıb.

Stansiyanın inşasının 2024-cü ilin ikinci yarımilinə qədər bitəcəyi, 2024-cü ilin sonunda istismara verilməsi planlaşdırılır.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına əsasən, geotermal enerjinin qlobal qoyuluş gücü 15 QVt-a yaxındır. Türkiyənin geotermal enerjisinin qoyuluş gücü 1 691 MVt-dır. Türkiyə qoyuluş gücünə görə, dünyada dördüncü, Avropada isə birincidir. Avropa ölkələrinin geotermal enerji üzrə ümumi qoyuluş gücü 1 634 MVt-dır.

OXŞAR XƏBƏRLƏR