2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVts, yəni 0,9 % artaraq 28 657,5 mln. kVts olub.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 24 823,4 mln. kVts, su elektrik stansiyalarında (SES) 2 842,5 mln. kVts, digər mənbələr üzrə isə 991,6 mln. kVts, o cümlədən külək elektrik stansiyalarında 169,7 mln. kVts, günəş elektrik stansiyalarında 599,8 mln. kVts, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 mln. kVts elektrik enerjisi istehsal edilib.
2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 mln. kVts artımla 769,5 mln. kVts elektrik enerjisi istehsal edilib.
2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 591,8 mln. kVts (İES-lərdə 22 703,6 mln. kVts, SES-lərdə 2 827,1 mln. kVts, GES-lərdə 61,1 mln. kVts), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,0 mln. kVts, müstəqil elektrik stansiyaları üzrə isə 3 038,7 mln. kVts təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1 147,3 mln. kVts, idxalı isə 177,2 mln. kVts olub.
