Türkiyə Azərbaycanla enerji sektorunun rəqəmsallaşdırılması ilə bağlı təcrübəsini bölüşüb

AZƏRBAYCAN

image

Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) mütəxəssisləri arasında enerji sektorunda rəqəmsallaşma mövzusunda onlayn görüş baş tutub.

Renewables-a EMTA-dan verilən məlumata görə, görüş zamanı İşçi qrupun EMTA və EPDK-dan olan həmsədrləri Elmar Güləliyev və Mustafa Yavuzdemir iştirakçıları salamlayaraq, görüşün mövzusunun əhəmiyyətini vurğulayıblar.

Daha sonra EPDK-nın nümayəndəsi Zührə Aydın enerji sektorunun müasirləşdirilməsi, sektorun rəqəmsal transformasiyası və innovativ idarəetmə mexanizmlərinin tətbiqinə həsr olunmuş təqdimatla çıxış edib. Z.Aydın təqdimatında enerji bazarlarında rəqəmsallaşma, yeni biznes modelləri, tənzimləyicilərin rolu və süni intellekt əsaslı xidmətlər sahəsində Türkiyə təcrübəsindən də bəhs edib.

Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.



OXŞAR XƏBƏRLƏR