Türkiyə və Azərbaycan energetika nazirlərinin onlayn görüşü olub

AZƏRBAYCAN

2 iyul 2026 17:35 (UTC+4)
image

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında onlayn formatda görüş keçirib.

Renewables xəbər verir ki, bunu türkiyəli nazir "X" hesabında yazıb.

Görüş zamanı iki ölkə arasında elektrik enerjisinin ötürülməsi imkanları, bu sahədə üçüncü ölkələrdə birgə həyata keçirilə biləcək layihələr, eləcə də regional enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edən əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın elektrik enerjisi istiqamətində də daha dərin və strateji əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR