Türkiyə və Cənubi Koreya nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb

REGİON
NÜVƏ ENERJİSİ

image

Türkiyənin Nüvə Enerjisi şirkəti (Türkiye Nükleer Enerji A.Ş.) ilə Cənubi Koreyanın Elektrik Enerjisi Korporasiyası - KEPCO nüvə enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. İmzalanma mərasimi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya Prezidenti Li Cae Myonqun iştirakı ilə keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə yeni nüvə elektrik stansiyasının inşası ilə bağlı danışıqlar davam edir və bu memorandum mühüm addımdır.

"Bu müqavilə ilə nüvə elektrik stansiyası layihələrinin inkişafı, texnologiya, bilgi və təcrübə mübadiləsi, sahənin qiymətləndirilməsi, layihənin maliyyələşdirilməsi və insan resurslarının inkişafı kimi bir çox sahələrdə birgə işlərin aparılmasını hədəfləyirik", - Türkiyənin energetika naziri Alparslan Bayraktar mövzu ilə bağlı X hesabında yazıb.

Bayraktar daha əvvəl bildirmişdi ki, Ankara ölkənin ikinci planlaşdırılan nüvə elektrik stansiyasının Sinop vilayətində inşası məsələsində Cənubi Koreya ilə əməkdaşlıq edə bilər.

Renewables.az


OXŞAR XƏBƏRLƏR