"Trina Solar (Schweiz) AG" şirkəti "Şəfəq" Günəş Elektrik Stansiyasını günəş panelləri ilə təchiz edəcək.
Renewables.az xəbər verir ki, bu barədə "bp-Azerbaijan" məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra şirkətlə dəyəri 29 milyon ABŞ dollarından çox olan Modul təchizatı müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.
Qeyd edək ki, "Trina Solar (Schweiz) AG" Çinin "Trina Solar Limited" şirkətinin İsveçrədəki törəməsi və ticarət ofisi kimi Avropa əməliyyatlarını idarə edən qurumdur.