Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

AZƏRBAYCAN

27 yanvar 2026 16:15 (UTC+4)
image

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

OXŞAR XƏBƏRLƏR