Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin növbəti iclası Buxarestdə keçiriləcək

AZƏRBAYCAN YAŞIL ENERJİ DƏHLİZİ

18 may 2024 19:06 (UTC+4)
image

“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 8-ci iclası cari ilin iyul ayında Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.

Renewables.az-ın məlumatına görə, bu barədə Tbilisidə keçirilən 7-ci iclasda qərar verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

OXŞAR XƏBƏRLƏR