Yaşıl enerji dəhlizlərinə maliyyə dəstəyi imkanları müzakirə edilib

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avrasiya regionu və Türkiyə üzrə energetika departamentinin direktoru Sule Kilic ilə görüşdə bankla uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə edilib.

AYİB-in 230 MVt gücündə “Qaradağ” GES, 240 MVt gücündə "Xızı-Abşeron" KES, 315 MVt “Bankə” GES və 445 MVt gücündə “Biləsuvar” GES-ə uzunmüddətli kredit ayırması yüksək qiymətləndirilib. Azərbaycanda daxili istehlak və ixrac məqsədilə həyata keçirilən layihələr barədə məlumat verilib. Enerji təhlükəsizliyi çağırışları kontekstində Cənub Qaz Dəhlizinin genişləndirilməsinə maliyyə dəstəyi imkanları müzakirə edilib. Eyni zamanda “yaşıl enerji” interkonnektorlarının həyata keçirilməsi mərhələsində Bankla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Yaşıl enerji dəhlizlərinə maliyyə dəstəyi imkanları müzakirə edilib.



OXŞAR XƏBƏRLƏR