Müvafiq attestasiya nəticəsində enerji idarəçisi təyin edilmiş Masallı Rayon Mərkəzi Xəstəxanasında "Yaşıl enerjinin dayanıqlı inkişafda rolu" mövzusunda tədbir keçirilib.
Tədbridə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi nəzərdə tutulub.
Tədbirdə çıxış edən Masallı Rayon Mərkəzi Xəstəxanasının Təsərrüfat bölmə müdiri (enerji idarəci meneceri) İlkin Həsənov tədbir iştirakçılarına iş yerlərində və inzibati binalarda kağız israfının qarşısının alınması, elektrik və su sərfiyyatına nəzarət və qənaətlə bağlı məlumat və tövsiyələrini verib.
Xatırladaq ki, attestasiya "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununa, həmçinin “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”na əsasən keçirilir.