Yaxın vaxtlarda 100 MVt gücündə Qobustan GES-in tikintisinə başlanılacaq

AZƏRBAYCAN GÜNƏŞ

14 sentyabr 2025 15:10 (UTC+4)
image

Yaxın vaxtlarda 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisinə rəsmi start veriləcək. Bu, Çinin investisiyaları ilə, hərrac nəticəsində həyata keçiriləcək Azərbaycanın ilk bərpaolunan enerji layihəsidir.

Bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən brifinqdə deyib.

Səfir əlavə edib ki, hazırda Azərbaycanın ən iri külək enerjisi layihəsi olan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi uğurla həyata keçirilir və bu layihədə də Çin şirkətləri iştirak edir. 

OXŞAR XƏBƏRLƏR