Hər birinin gücü 10,5 MVt olan "Zəngilan" və "Şayıflı" kiçik su elektrik stansiyalarının (KSES) istismara verilməsindən 2 il keçir.
Energetika Nazirliyinin məlumatına görə, fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək "Zəngilan" KSES-də 45,2 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Bundan başqa, istismara verildiyi dövrdən may ayına qədər "Şayıflı" KSES-də isə 48,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Xatırladaq ki, 2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş ümumi gücü 10,5 MVt olan "Zəngilan" KSES və ümumi gücü 10,5 MVt olan "Şayıflı" KSES istismara verilib.
