Özbəkistan Prezidenti Şavkat Mirziyoyev energetika naziri Pərviz Şahbazovu qəbul edib

AZƏRBAYCAN

image

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovu qəbul edib. Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Nazir Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.

Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Bütün istiqamətlərdə əlaqələr, ticarət dövriyyəsinin davamlı artımı, eləcə də enerji sahəsi daxil olmaqla uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib.

Neft-qaz, geoloji kəşfiyyat, “yaşıl enerji” və kimya sənayesinin inkişafında birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR