Azərbaycanda günəş enerjisi istehsalı 7,5 dəfə artıb

image

Bu ilin yanvar-aprel aylarında ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 144,4 mln. kVt-saat təşkil edib.

Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 125,3 mln. kVt-saat və ya 7,5 dəfə çoxdur.

Qeyd edək ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 18,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *