İlham Əliyev: "İndi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük"
AZƏRBAYCAN
-
19.05.2022 01:23 (UTC+04:00)
İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib:
"Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir".