Azərbaycanla Aİ arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolu var
AZƏRBAYCAN
-
17.02.2023 15:57 (UTC+04:00)
Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.
"Renewables.az" Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb.