Bərpa olunan enerji mənbələri SOCAR mütəxəssisləri tərəfindən ciddi araşdırılır
AZƏRBAYCAN
-
05.07.2022 22:52 (UTC+04:00)
Alternativ enerjiyə keçid məsələləri - hidrogen istehsalı, bərpa olunan enerji mənbələri, plastik tullantıların təkrar emalı, biopolimerlər və s. SOCAR mütəxəssisləri tərəfindən ciddi araşdırılır.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.