Energetika Nazirliyi dördtərəfli sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək
AZƏRBAYCAN
-
07.02.2023 18:10 (UTC+04:00)
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
"Renewables.az"ın məlumatına görə, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.