Kadri Simson: "Aİ Azərbaycanın bərpa olunan enerji ixracı üzrə İşçi Qrupa qatılacağına ümid edir"
AZƏRBAYCAN
-
03.02.2023 18:03 (UTC+04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanın bərpa olunan enerji ixracı üzrə işçi qrupa qatılacağına ümid edir.
"Renewables.az" xəbər verir ki, Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bu barədə Trend-ə özəl müsahibəsində deyib.
O, Aİ-nin Azərbaycanı EU4Energy proqramı vasitəsilə enerji keçidi üzrə cəhdlərini uzun müddətdir dəstəklədiyini, həmçinin, enerji effektivliyinə texniki yardım və investisiya ayırdığını bildirib.