Nazir müavini: "Şadıq ki, SOCAR iqtisadi tərəfdaş kimi Masdar ilə müqaviləyə girir"
AZƏRBAYCAN
-
10.02.2023 11:11 (UTC+04:00)
“Biz çox şadıq ki, SOCAR 21-ci əsrin enerji şirkəti olmaq üçün öz təşəbbüsü ilə sövdələşmənin bir hissəsinə çevrilərək, iqtisadi tərəfdaş kimi Masdar ilə bu müqaviləyə girir”.
"Renewables.az"ın məlumatına görə, bu barədə Trend-ə özəl müsahibəsində energetika nazirinin müavini Elnur Soltanov deyib.
E.Soltanov: "Dəniz külək enerjisinin inkişafı bir az daha uzun sürəcək. Bu layihələr Azərbaycan, BƏƏ və Səudiyyə Ərəbistanı rəhbərliyi arasında etimadı əks etdirir".