Rumıniya Azərbaycanla yaşıl enerji layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar aparıb - Nazir
AZƏRBAYCAN
-
03.02.2023 18:01 (UTC+04:00)
Rumıniya Azərbaycanla yaşıl enerji layihəsinin maliyyələşdirilməsi üzrə şirkətlərlə artıq danışıqlar aparıb.
"Renewables.az" xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Virgil Daniel Popesku Trend-ə özəl müsahibəsində deyib.
O, Rumıniya, Azərbaycan, Gürcüstan və Macarıstanın 2022-ci il dekabrın 17-də yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzaladıqlarını xatırladıb.