Rusiya şirkətləri bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır
AZƏRBAYCAN
-
23.02.2022 13:07 (UTC+04:00)
Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
"Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji mənbələri sahəsində olan layihələrə qoşulmağa hazırdırlar", - Rusiya lideri əlavə edib.