Səfir: "Malayziya bərpa olunan enerji mənbələri sahəsində öz təcrübələrini təklif etməyə hazırdır"
AZƏRBAYCAN
-
26.08.2022 20:06 (UTC+04:00)
Malayziya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası layihələrində iştirak etməyə hazırdır.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə jurnalistlərə Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan Bin Yusof məlumat verib.
Onun sözlərinə görə, bu məsələdə Malayziya şirkətləri texnologiyalar, enerji, bərpa olunan enerji mənbələri və s. sahələrdə öz təcrübələrini təklif etməyə hazırdır.