Haqqımızda
Renewables.az bərpa olunan enerji portalı 2 aprel 2021-ci ildə "Azərbaycan Respublikası Prezidentinin 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Sərəncamı" ilə bağlı xəbəri dərc edərək fəaliyyətə başlayıb. Sayt yarandığı gündən bərpa olunan enerji sektorunda dəqiq, operativ və təsdiqlənmiş xəbərlərin təqdim edilməsini əsas prioritet kimi müəyyənləşdirib.
Xəbər saytı Azərbaycanın 17-ci və 18-ci Milli İnternet Mükafatları – NETTY 2022 və NETTY 2023 üzrə namizədlər sırasında yer alıb, eyni zamanda "MilliNet 2023"ün iştirakçısı olub.
Missiyamız
Saytın yaradılmasının əsas məqsədi Azərbaycan, region və dünya üzrə bərpa olunan enerji sektorunda baş verən ən mühüm yenilikləri vahid platformada təqdim etmək, oxucuların sektoru bir mənbədən izləməsinə imkan yaratmaq və keyfiyyətli kontentin formalaşmasına töhfə verməkdir.
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycanın "yaşıl" enerji gündəliyinin beynəlxalq miqyasda təbliğini gücləndirmək məqsədilə saytın ingilis dilində versiyası istifadəyə verilib. Bundan əlavə, 2024-cü ilin noyabr ayından 2025-ci ilin aprel ayınadək portalın rus və türk dillərində test versiyaları fəaliyyət göstərib.
Vizyonumuz
Müvafiq sektor üzrə Azərbaycanın və regionun aparıcı, beynəlxalq səviyyədə tanınan ixtisaslaşmış media platformalarından birinə çevrilmək.
Prinsiplərimiz
Obyektivlik: Xəbərləri qərəzsiz, balanslı və faktlara əsaslanaraq təqdim edirik.
Dəqiqlik: Məlumatların etibarlılığını yoxlayır, rəsmi və etibarlı mənbələrə üstünlük veririk.
Operativlik: Bərpa olunan enerji sektorunda baş verən mühüm yenilikləri vaxtında oxucularımıza çatdırırıq.
Etibarlılıq: Oxucularımıza təsdiqlənmiş və dəqiq informasiya təqdim edirik.
Peşəkarlıq: Məzmunu yüksək jurnalistika və redaksiya standartlarına uyğun hazırlayırıq.
Müstəqillik: Fəaliyyətimizdə müstəqillik və obyektivlik prinsiplərinə sadiq qalırıq.
İxtisaslaşma
Xəbərlər yerli (Azərbaycan), region (Cənubi Qafqaz, MDB, Xəzər və Mərkəzi Asiya) və dünya üzrə təsnif edilərək yayımlanır. Məlumatların bərpa olunan enerji mənbələri (günəş, külək, hidro, bio, geotermal və dalğa enerjisi) üzrə qruplaşdırılması oxucuların sektoru daha sistemli şəkildə izləməsi və hər bir istiqamətə ayrıca fokuslanması üçün optimal informasiya mühiti yaradır.
Bərpa olunan enerjinin dayanıqlılığını gücləndirən batareya enerji saxlama sistemləri və yaşıl hidrogen texnologiyaları ayrıca kateqoriyalarda təqdim edilərək bu sektordakı inkişaflar sistemli şəkildə izlənir.
Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yaranan yeni əməkdaşlıq imkanları, enerji keçidi kontekstində təmiz enerji mənbəyi kimi nüvə enerjisinin artan aktuallığı, dünya və region üzrə tətbiq trendləri, həmçinin oxucular arasında aparılan sorğunun nəticələri nəzərə alınaraq "Nüvə enerjisi" bölməsi yaradılıb və seçilmiş yeniliklər bu bölmədə təqdim olunur.
"Enerji səmərəliliyi" bölməsi bərpa olunan enerji mənbələrinin inkişafı və dekarbonizasiya siyasətinin əsas istiqamətlərindən biri olan enerji resurslarından səmərəli istifadənin təşviqi, bu sahədəki yeniliklərin, siyasətlərin və layihələrin ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonası kimi müəyyən edilməsi çərçivəsində bu ərazilərdə həyata keçirilən layihələr və aktual proseslər "Yaşıl enerji zonası" bölməsində ardıcıl və detallı şəkildə təqdim edilir.
Azərbaycanın tərəfdaş olduğu regional enerji interkonnektor layihələri ilə bağlı yeniliklər "Yaşıl enerji dəhlizi" bölməsində oxuculara təqdim edilir.
"Hesabatlar" bölməsində sektorla bağlı analitik materiallar və rəsmi hesabatlar dərc edilir.
Saytın media tərəfdaşı olduğu, mühüm yerli və beynəlxalq tədbirlər barədə xəbərləri "Tədbirlər" bölməsində izləmək mümkündür.
Nəticələrimiz
Oxucularımız arasında dövlət qurumları nümayəndələri, şirkət rəhbərləri, enerji mütəxəssisləri, mühəndislər, investorlar, tələbələr də yer alır. Təkcə "LinkedIn" platformasındakı paylaşımlar son on iki ay ərzində 1,1 milyondan çox insana çatıb.
"Google Search Console" göstəricilərinə əsasən, portalda dərc olunan materiallara yerli və xarici media qurumları, akademik institutlar, analitik mərkəzlər və qlobal təşkilatlar tərəfindən mütəmadi olaraq istinad edilir. Sayta indiyədək yalnız keçid (hiperlink) vasitəsilə 175 istinad qeydə alınıb, yalnız mətn şəklində edilən istinadların sayı isə minlərlədir. Sayt son on iki ay ərzində "Google" axtarış sistemində 736 mindən çox görünmə və 11,9 min üzvi klik əldə edib. Platformanın orta CTR göstəricisi təxminən 1,62 % təşkil edib ki, bu da ixtisaslaşmış enerji saytı üçün müsbət nəticə hesab olunur.
"Google Analytics" məlumatlarına əsasən, son altı ay ərzində saytda 70 mindən çox baxış və 43 mindən çox aktiv istifadəçi qeydə alınıb. Portalın ən böyük oxucu auditoriyası Çin, Sinqapur, Azərbaycan və ABŞ-də formalaşıb ki, bu da onun beynəlxalq əhatə dairəsini əks etdirir. Hazırda portalın oxucu auditoriyası dünyanın 150-dən çox ölkəsini əhatə edir.
Beynəlxalq əməkdaşlıq
Renewables.az indiyədək Azərbaycan, Türkiyə, Belçika, Böyük Britaniya, Rumıniya, ABŞ, BƏƏ, İndoneziya, Vyetnam, Portuqaliya, Özbəkistan, Avstraliya, İran, Hindistan, Yunanıstan, Sinqapur, Çin, Qazaxıstan, Polşa, Çili, İtaliya, Çexiya, Tailand, Keniya, Tanzaniya və Qətər daxil olmaqla 26 ölkədə keçirilən 80-dən çox tədbirdə media tərəfdaşı qismində çıxış edərək informasiya dəstəyi göstərib.
Gələcəyə baxış
Renewables.az bundan sonra da bərpa olunan enerji, enerji keçidi, dekarbonizasiya və dayanıqlı inkişaf sahələrində baş verən yenilikləri operativ, obyektiv və etibarlı şəkildə oxucularına çatdırmağa davam edəcək. Portal beynəlxalq əməkdaşlığını genişləndirərək Azərbaycanın yaşıl enerji gündəliyinin qlobal miqyasda tanıdılmasına və sektorun informasiya təminatına töhfə verməyi qarşısına məqsəd qoyur.
Son yenilənmə tarixi: 1 iyul 2026

