Azad edilmiş ərazilərdə ümumi gücü 8 min kilovatdan çox olan günəş panelləri quraşdırılıb (VİDEO)

AZƏRBAYCAN GÜNƏŞ YAŞIL ENERJİ ZONASI

29 iyul 2026 14:08 (UTC+4)
image
Renewables.az

İşğaldan azad edilmiş ərazilərdə indiyədək 2500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8000 kVt-dan çox olan günəş panelləri və 8000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb.

Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyində keçirilmiş işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 13-cü iclasında məlumat verilib.

Həmçinin qeyd edilib ki, işıqlandırma qurğularının 43 faizi, yəni təqribən 3500 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. 

OXŞAR XƏBƏRLƏR