Azərbaycanda dəniz külək enerjisi üzrə sahil infrastrukturu tədqiq ediləcək

9 oktyabr 2026, 15:19 (UTC+4)
ÖLKƏ • KÜLƏK
EDITOR
image
Foto: Sİ ilə hazırlanıb

“Azərbaycanda irimiqyaslı dənizdə külək elektrik stansiyasını dəstəkləyən sahil infrastrukturu üzrə layihə konsepsiyası” üzrə Qrant Sazişi imzalanıb.

Renewables.az xəbər verir ki, saziş Azərbaycan Respublikası Hökuməti (Azərbaycan Respublikası adından) ilə İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı arasında imzalanıb.

Sənədi Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən isə AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski imzalayıb.

Qrant sazişi irimiqyaslı dəniz külək elektrik stansiyalarını dəstəkləyən sahil infrastrukturu üzrə layihənin konseptual tədqiqatının hazırlanmasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.