Böyük Britaniyada ilk geotermal elektrik stansiyası fəaliyyətə başlayıb

DÜNYA
GEOTERMAL

image

Böyük Britaniyada ilk dərin geotermal stansiya Kornvol bölgəsində istismara verilib.

Sky News-un məlumatına görə, Geothermal Engineering Ltd (GEL) şirkətinin 50 milyon funt sterlinq dəyərində olan "United Downs" sahəsi ölkədə indiyədək qazılmış ən dərin – yer səthindən 5 kilometrdən artıq quyudan əldə olunan istilik hesabına fasiləsiz bərpa olunan elektrik enerjisi istehsal edəcək.

Stansiya 190°C-dən yüksək temperaturda olan suyu yerin dərin qatlarından çıxararaq turbinləri hərəkətə gətirəcək və 10 min ev üçün elektrik enerjisi təmin edəcək.

Çıxarılan suyun tərkibində yüksək miqdarda olan litium ayrılaraq sıfır karbonlu litium karbonat istehsalında istifadə olunacaq ki, bu da elektrik avtomobillərinin batareyalarının hazırlanmasında tətbiq edilir. GEL bildirib ki, bu ildən etibarən ildə 100 ton litium karbonat istehsal olunacaq. Bu həcmdə xammal təxminən 2 500 avtomobil batareyası üçün kifayətdir.

Stansiya 3 MVt gücündə elektrik enerjisi istehsal edəcək. Gələcəkdə daha iki stansiyanın tikiləcəyi və gücün 10 MVt-a qədər artırılacağı bildirilir.

Qeyd edək ki, stansiyada istehsal olunacaq elektrik enerjisinin uzunmüddətli alışı ilə bağlı "Octopus Energy" şirkəti ilə müqavilə imzalanıb.



OXŞAR XƏBƏRLƏR