"Black Sea Energy" layihəsi gələcəkdə "yaşıl" hidrogenin ixracının təməli ola bilər

AZƏRBAYCAN
TƏMİZ HİDROGEN
YAŞIL ENERJİ DƏHLİZİ

image

Gələcəkdə “Yaşıl Enerji Dəhlizi” layihəsi (“Black Sea Energy”) həm də “yaşıl hidrogen”in istehsalı və ixracı sahəsində əməkdaşlığın əsasını təşkil edə bilər.

Bunu “Report”a eksklüziv müsahibəsində Rumıniyanın yeni təyin olunmuş energetika naziri Boqdan-Qruya İvan bildirib.

Nazir xatırladıb ki, Rumıniya və Azərbaycanın Macarıstan və Gürcüstanla birlikdə tərəfdaş olduğu əsas layihələrdən biri "Yaşıl Enerji Dəhlizi"dir.

“Bu transmilli layihə Qafqazda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Avropa İttifaqı ölkələrinə tədarükü üçün Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsini nəzərdə tutur. Bu dəhliz həm ölkələrimiz, həm də bütün region üçün böyük əhəmiyyət kəsb edir”, - B.İvan bildirib.

O vurğulayıb ki, layihə milli və regional enerji təhlükəsizliyini gücləndirəcək, Qara dəniz məkanında daha sıx bağlantını təmin edəcək və Avropanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması üçün möhkəm platforma yaradacaq.

Gələcəkdə bu layihə həm də "yaşıl hidrogen”in istehsalı və ixracı sahəsində gələcək əməkdaşlığın əsasını təşkil edə bilər. Rumıniya bu resursu sənaye və energetikanın uzunmüddətli dekarbonizasiyasının strateji vacib elementi hesab edir. Biz bu istiqamətə böyük əhəmiyyət verir və hesab edirik ki, burada Azərbaycanla əməkdaşlıq qarşılıqlı fayda verə bilər”, - nazir bildirib.



OXŞAR XƏBƏRLƏR