Çinin külək turbini istehsalçısı Almaniyada müəssisə inşa edəcək
9 oktyabr 2021,
16:22 (UTC+4)
DÜNYA
•
KÜLƏK
Çinin külək turbini istehsalçısı “Ming Yang Smart Energy” Almaniyada istehsal müəssisəsi inşa edəcək.
"Berpaolunanenerji.az" "Bloomberg"ə istinadən xəbər verir ki, müəssisə ildə 1 000 MVt gücündə turbinlər istehsal edə biləcək.
Şirkətin icraçı direktoru Ye Fan açıqlamasında, Almaniyanın cənubunda qurulacaq fabrikin inşa işlərinə 3 il ərzində başlanılacağını bildirib. Fabrik Çin şirkətinin Avropada quracağı ilk böyük təsisi olacaq.
Qeyd edək ki, Çinin külək turbini istehsal edən şirkətləri qlobal bazarda 60 faizlik paya sahibdir.