"Şəfəq" GES layihəsi 400-ə yaxın yeni iş yeri yaradacaq

AZƏRBAYCAN
GÜNƏŞ
YAŞIL ENERJİ ZONASI

image

bp şirkətinin Cəbrayıl rayonunda inşa etdiyi 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının tikintisi zamanı 400-ə yaxın iş yeri yaradılacaq.

Bunu şirkətin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AzTV-yə müsahibəsində deyib.

Bildirilib ki, stansiyada quraşdırılacaq panellərin bir hissəsi artıq tikinti ərazisinə gətirilib. Stansiyanın tikintisi üzrə işlər qrafikə uyğun aparılır. 

Layihəyə əsasən, tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.

İşlərin icrası zamanı yerli resurslardan istifadə maksimum həddə çatdırılacaq. Tikintinin pik dövründə 400-ə yaxın iş yeri yaradılacaq.



OXŞAR XƏBƏRLƏR