Azərbaycanın hidrogen istehsal etmək üçün konkret planları var ki, bu da Serbiya ilə gələcək əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Serbiyanın "NIN" nəşrinə müsahibəsində bildirib.
Nazir müavini, həmçinin iki ölkənin mövqelərinin enerji keçidi məsələlərində əsasən üst-üstə düşdüyünü vurğulayıb: "Ənənəvi enerji sahəsində güclü ənənələrə malik ölkələr üçün daha təmiz enerji mənbələrinə keçid çətin bir vəzifədir. Bilik, təcrübə və tənzimləyici təcrübələr mübadiləsi üçün imkanlar görürük. Bundan əlavə, hidrogen istehsalı ilə bağlı konkret planlarımız var ki, bu da Serbiya ilə gələcək əməkdaşlıq üçün əlavə perspektivlər açır".
Orxan Zeynalov müsahibəsində həmçinin Azərbaycan ilə Serbiya arasında ənənəvi enerji sahəsində əməkdaşlıqdan danışıb.
