Qazaxıstan Prezidenti: Xəzər Yaşıl Enerji Dəhlizi elektrik enerjisini Qara dəniz vasitəsilə Avropa bazarlarına çatdırmaq üçün nəzərdə tutulub

15 Oktyabr 2026, 21:59 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
Foto: Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti

Ötən il Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi imzalamaqla Xəzər Yaşıl Enerji Dəhlizinin təməlini qoyublar.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.

“Bu dəhliz bizim elektrik enerjisi şəbəkələrimizi birləşdirmək və onları Qara dəniz vasitəsilə Avropa bazarlarına çatdırmaq üçün nəzərdə tutulub”, - o deyib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi də əldə etdiyi nailiyyətlərə görə Azərbaycanı təbrik edərək deyib: “Azərbaycan ikiillik sədrliyi dövründə iqlim dözümlülüyü, yaşıl enerjiyə keçid istiqamətində uğurlu fəaliyyətlər göstərib. Çin tərəfi də Azərbaycanın sədrliyini davam etdirməsini dəstəkləyir”.