Sankt-Peterburqda keçirilməli olan Dünya Enerji Konqresi ləğv edilib

15 aprel 2022, 23:02 (UTC+4)
DÜNYA
EDITOR
image
2022-ci ilin oktyabrın 24-27-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli olan Dünya Enerji Konqresi ləğv edilib. "Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə TASS agentliyi Dünya Enerji Şurasına istinadla məlumat yayıb. “Biz Sankt-Peterburqdakı konqresin ləğv edildiyini təsdiqləyə bilərik. Bu il Dünya Enerji Konqresi keçirilməyəcək”, - deyə təşkilatdan bildiriblər. Konqresin ləğv edilməsinin səbəbi açıqlanmayıb. Tədbirin saytı da artıq əlçatan deyil.

OXŞAR XƏBƏRLƏR