"ACWA Power" ilə 200 MVt gücündə quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi) imzalanıb

AZƏRBAYCAN KÜLƏK

29 sentyabr 2023 12:26 (UTC+4)
image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında 200 MVt gücündə quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi) imzalanıb.

Renewables.az-ın məlumatına görə, sənədlərə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selin Güven imza atıb.

İmzalanma mərasimi bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu çərçivəsində baş tutub.

OXŞAR XƏBƏRLƏR