"Amerika Təmiz Enerji Assosiasiyası" sektorlar üzrə çalışanların hesabatını dərc edib

HESABATLAR

9 iyul 2021 23:01 (UTC+4)
image

“Amerika Təmiz Enerji Assosiasiyası”nın (“American Clean Power”) “Təmiz Enerjidə Əmək Təchizatı” hesabatı dərc edilib.

“Berpaolunanenerji.az” Assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 2020-ci ildə ölkənin 50 ştatında külək, günəş və enerji saxlama sektorunda 415.000-dən çox amerikalı çalışıb.

İşçilərin 231.474-ü günəş enerjisi, 116.801-i külək enerjisi, 66.749-u isə enerji saxlama sektorunda çalışıb.

Hesabatda bildirilir ki, külək enerjisi ölkənin sürətlə böyüyən birinci, günəş isə üçüncü sektorudur. Bayden Administrasiyası və Konqres, ABŞ-ın 2030-cu ilə qədər təmiz enerji istehsalının 50-70 %-ə çatdırmaqla bağlı həllər təklifi gələcəkdə təmiz enerji sektorlarında 500.000-600.000 insanın çalışacağını deməyə əsas verir.


 

OXŞAR XƏBƏRLƏR