"Azalternativenerji" kreditorlarına müraciət edib

AZƏRBAYCAN

19 sentyabr 2023 09:39 (UTC+4)
image

Prezident İlham Əliyevin bu il avqustun 5-də imzaladığı fərmanla ləğv olunmuş Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji" MMC kreditorlarına müraciət edib.

Renewables.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Müraciətdə deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 40 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Azalternativenerji” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 51,483 milyon manatdır.

OXŞAR XƏBƏRLƏR