"Bərpaolunan enerji texnologiyalarının müasir memarlığa təsiri" adlı seminar keçirilib
AZƏRBAYCAN
-
18.11.2021 16:37 (UTC+04:00)
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), İnnovativ Biznes İnkubator Mərkəzi və Dayanıqlı Azərbaycan Naminə Milli Alyans - DANMA-nın birgə təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Memarlıq" fakültəsinin tələbələrinə “Bərpaolunan enerji texnologiyalarının müasir memarlığa təsiri” adlı seminar keçirilib.
Seminarın spikeri, BOEMDA tabeliyində “Azalternativenerji” MMC-nin Monitorinq və Məlumatların emalı şöbəsinin müdiri Rasim Məmmədov ekologiyanın dayanıqlığının təmin olunması üçün bərpaolunan enerji texnologiyalarının vacibliyi, bu texnologiyaların şəhər və kənd infrastrukturunun memarlığına inteqrasiyasının üsul və vasitələri barədə geniş məlumatlar verib.
Daha sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.