"Masdar" Neftçala və Biləsuvarda ümumi 835 MVt gücündə günəş elektrik stansiyaları inşa edəcək

AZƏRBAYCAN GÜNƏŞ

20 oktyabr 2023 11:01 (UTC+4)
image

“Masdar” ilə quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə 4 QVt gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqavilələrinə uyğun olaraq torpaq sahələri və dənizdə potensial ərazilər müəyyənləşdirilir.

Renewables.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib.

P. Şahbazov bildirib ki, bu çərçivədə Neftçalada 390 MVt-lıq günəş, Biləsuvarda 445 MVt günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. 

OXŞAR XƏBƏRLƏR