Çin şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

AZƏRBAYCAN

28 sentyabr 2023 12:20 (UTC+4)
image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Çinin “China Gezhouba Group Overseas Investment” şirkətinin ölkə üzrə rəhbəri Shanxiang Vu ilə görüşüb.

Renewables.az AREA-ya istinadla xəbər verir ki, görüşdə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, şirkətlə imzalanan Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.

Xatırladaq ki, bu ilin 1 iyun tarixində Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

OXŞAR XƏBƏRLƏR