Çin şirkəti ilə bərpa olunan enerji sahəsində innovasiyaların tətbiqi müzakirə olunub

AZƏRBAYCAN

3 sentyabr 2023 14:50 (UTC+4)
image

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pekinə səfəri çərçivəsində Envision Energy şirkətinin vitse-prezidenti Con Li ilə bərpa olunan enerji sahəsində müzakirələr aparıb.

Renewables.az xəbər verir ki, bu barədə nazir özünün sosial şəbəkələrdəki hesablarında yazıb.

"Envision Energy şirkətinin vitse-prezidenti Con Li ilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində innovasiyaların tətbiqi, sıfır emissiyalı sənaye parklarının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr apardıq", - nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR