İlham Əliyev: "Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq"
TƏMİZ HİDROGEN
-
23.05.2023 09:36 (UTC+04:00)
Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev Vilnüsdə Litva-Azərbaycan biznes forumunun açılışında deyib.
"Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir", - Prezident İlham Əliyev deyib.