İlham Əliyev: "Yaxın aylarda "Yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırması hazır olacaq"

AZƏRBAYCAN YAŞIL ENERJİ DƏHLİZİ

8 oktyabr 2023 18:36 (UTC+4)
image

Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz - yenə də Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik.

Renewables.az Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

"Yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik", - Prezident bildirib.

OXŞAR XƏBƏRLƏR